Latviyada nikah mərasimlərinin şahid olmasa belə davam etməsi qərara alınıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, ölkə parlamenti Mülki Məcəlləyə bəzi dəyişikliklər edib.
Qərara əsasən, şahidlərin iştirak etməməsinin nikah üçün maneə yaratmayacağını nəzərdə tutan dəyişiklik qəbul edilib.
Nikah üçün etibarlı və lazımi sənədləri müvafiq qurumlara təqdim edən cütlüklərdən müraciətlər qəbul ediləcək.
Qanuna edilən dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvədə olacaq.
QAZİLER.AZ