Fransada məktəblərdə uzun paltar geyinmək qadağan edildi

Fransada məktəblərdə uzun paltar geyinmək  qadağan edildi backend

Fransa hökuməti məktəblərdə abaya (uzun paltar) qadağasının dayandırılması tələbini rədd edib.

Qaziler.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Fransa məhkəməsi bu qadağanın "şəxsi həyata, ibadət və təhsilə hörmət hüququnu, həmçinin ayrı-seçkiliyə qarşı prinsipi" pozmadığını əsas gətirərək məktəblərdə abaya qadağasını təsdiqləyib.

Hökumət qərarında qız tələbələrin abaya adlı uzun paltarı, oğlan tələbələrin isə kamis adlı xalatı dini motivlə geyindiklərini və bu məqsədlə istifadə etdiklərini iddia edib.

Məhkəmə qeyd edib ki, qanunvericilik şagirdlərin məktəblərdə dini mənsubiyyətini göstərən simvol və ya paltar geyinməsini qadağan edir.

Avqustun 27-də təhsil naziri Qabriel Attalın dünyəviliyə qarşı olduğunu əsas gətirərək, məktəblərdə abaya və entari tipli uzun paltarların geyinilməsinə icazə verməyəcəyini açıqlaması müzakirələrə səbəb olub.

Hökumət sözçüsü Olivier Veran avqustun 28-də ölkədə məktəblərdə geyilməsi qadağan ediləcək abaya və buna bənzər uzun paltarların "siyasi hücum vasitəsi" olduğunu şərh edib.

Fransa prezidenti Emmanuel Makron isə şagirdlərin məktəblərdə abaya geyinməsinə qoyulan qadağayla bağlı güzəştə getməyəcəklərini bildirib.

Nazir Attal sentyabrın 4-də məktəbə abaya ilə gələn 298 şagirdin aşkarlandığını və bu şagirdlərdən 67-nin qadağaya əməl etmədiyi üçün evlərinə göndərildiyini bildirib.

QAZİLER.AZ

Diaspora