“Seat” markası avtomobillərlə vidalaşır

“Seat” markası avtomobillərlə vidalaşır backend

"Volkswagen"in himayəsi altında fəaliyyətini davam etdirən İspaniyanın avtomobil istehsalçısı “Seat” üçün yolun sonu görünür. “Seat”ın avtomobil sənayesindən çəkiləcəyi ilə bağlı iddialar uzun müddətdir gündəmdədir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Volkswagen”in baş direktoru Tomas Şefer müzakirələrə son qoyacaq açıqlamalar verib.

Şefer “Seat” markasının adından istifadə olunmağa davam edəcəyini, lakin Volkswagen Qrupunda fərqli bir rol oynayacağını bildirib.

Bu çox güman ki, “Seat Mó” kimi elektrikli skuterlər kimi digər nəqliyyat vasitələrinə və mobillik həllərinə diqqət yetirəcəklər.

Şefer həm “Seat”, həm də “Cupra”ya sərmayə qoymağın mənasız olduğunu söyləyib.  Çünki “Cupra” daha yüksək qazanc potensialına malik olduğunu qeyd edib.

Buna görə də, “Volkswagen” “Cupra”nın böyüməsi və inkişafına əhəmiyyətli investisiyalar yatıracaq.

QAZİLER.AZ

Diaspora