Polşanın baş naziri Mateuş Moraveçkiy Polşanın Kielce şəhərindəki çıxışında Rusiyanı hədəf alıb.
Qaziler.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Moraveçkiy Rusiyanın məhv edilmiş imperiyasını yenidən qurmağı planlaşdırdığını iddia edib.
"Kremlin təbliğatçıları Rusiyanın Polşaya qarşı düşmənçilik niyyətlərini gizlətmirlər. İlk növbədə ordunun müasir silahlanmasına diqqət yetirməliyik", - polşalı baş nazir deyib.
Polyakların özlərini təhlükəsiz hiss etmələri lazım olduğunu vurğulayan Mateuş Moraveçkiy aşağıdakı ifadələrdən istifadə edib:
“Ölkənin hər qarış torpağını müdafiə edəcəyik. Biz bunu dünya tarixinin ən güclü hərbi ittifaqı olan NATO ilə edəcəyik. Bunu Polşa ordusu və silah sənayesini genişləndirməklə edəcəyik. Biz bunu müttəfiqlərimizlə əməkdaşlıq içində edəcəyik”.
QAZİLER.AZ