Dəməşq rəhbərliyi Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Əsədin ən etibarlı adlarından biri olan Suriyanın xarici işlər naziri Faysal Mikdad açıqlama verib.
Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqası Şurasının nazirlər toplantısına qatılan Mikdad ərəb ölkələrini Türkiyəyə qarşı çıxmağa çağırıb. Faysal Mikdad ərəb ölkələrinə Türkiyədən şikayət edərək, “Suriyadakı Türkiyə ordusunun müdaxiləsinə qarşı çıxmalıyıq. Ərəb ölkələri Türkiyəyə qarşı birgə hərəkət etməlidir”, - deyib.
Mikdad Suriya ilə Türkiyə arasında münasibətləri bərpa etməyin yeganə yolunun türk əsgərlərinin bölgədən çıxarılması olduğunu bildirib.
QAZİLER.AZ