Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Baykal gölü yaxınlığında meşələrin məhdud şəkildə qırılmasına icazə verən qanun layihəsinin təşkili ilə bağlı tənqidlərə görə Rusiyanın UNESCO-dan çıxması məsələsinə baxmağı təklif edib.
Bu barədə o, öz “Telegram” kanalında yazıb.
“Biz həmişə onların fikri ilə hərəkət etməliyik? Bizim bu cür siyasiləşmiş təşkilata üzv olmağa ehtiyacımız varmı? Məsələ məhz burasındadır”, - deyə o bildirib.
Parlament üzvünün qeyd etdiyi kimi, bazar ertəsi Səudiyyə Ərəbistanında UNESCO-nun sessiyası başlayacaq və burada dünya irsinin mühafizəçiləri Baykal gölü və Kamçatkada turizmin inkişafına görə Rusiyanı danlayacaqlar.
“Biz öz iştirakımızla Rusiyanın nəyi edib, nəyi edə bilməyəcəyi ilə bağlı Qərb qurumunun fikrini dəstəkləməli deyil, bu cür beynəlxalq təşkilatlarda öz iqtisadi və geosiyasi maraqlarımızı müdafiə etməliyik”, - deyə o davam edib.
P.Tolstoy beynəlxalq təşkilatların Rusiyanın özünün fenomenal turizm imkanlarını inkişaf etdirməsini istəmədiyini vurğulayıb.
“Mənə elə gəlir ki, bu, sadəcə olaraq, siyasi məqsədlərlə ölkəyə təzyiq göstərmək üçün beynəlxalq platformaların istifadə edilməsidir. Axı 30 il ərzində hər şey öz qaydasında olub, niyə də bir az sıxışdırmayaq?” - deyə o əlavə edib.
Qeyd edək ki, Baykal UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib, o, dünyanın ən dərin gölü və ən böyük şirin su anbarıdır (dünya ehtiyatlarının 20%-ə qədəri). Bu, Rusiyada məşhur turizm məkanıdır.
Mənbə: TASS / Oxu.az