Ukrayna Milli Qvardiyası və Silahlı Qüvvələrinin hücum bölmələri Melitopol istiqamətində irəliləyir. Orada ukraynalı döyüşçülər az qala bir taqım rusiyalı əsgəri məhv ediblər.
Bu barədə “RBC-Ukrayna” Ukrayna Milli Qvardiyasının polkovniki Nikolay Urşaloviçin brifinq zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, həftə ərzində Hücum Qvardiyasının operativ briqadalarının artilleriya, tanklar və Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə əməkdaşlıq etdiyi hücum qruplarının hücum əməliyyatları Melitopol istiqamətində uğurla nəticələnib.
Xüsusilə, ukraynalı döyüşçülər bir taqımda düşməni darmadağın edərək həm rus qoşunlarının müdafiəsinin dərinliyində, həm də cəbhə boyu irəliləyiblər.
"Onlar tutduqları xətlərdə möhkəmləniblər və növbəti hücum əməliyyatlarına hazırlaşırlar", - Urşaloviç bildirib.
QAZİLER.AZ