Ağ Evdən Şimali Koreyaya Rusiyaya silah tədarükünün nəticələri ilə bağlı XƏBƏRDARLIQ

Ağ Evdən Şimali Koreyaya Rusiyaya silah tədarükünün nəticələri ilə bağlı  XƏBƏRDARLIQ backend

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Şimali Koreyanın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah tədarükünün “nəticələri” olacağını və onun təkcə ABŞ-ın deyil, digər ölkələrin də reaksiyası ilə üzləşəcəyini bildirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Kirbi paytaxt Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində Şimali Koreya ilə Rusiya arasında silah müzakirəsi iddiaları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Şimali Koreyanın Rusiyaya əhəmiyyətli miqdarda silah tədarük edib-etməməsi ilə bağlı "topdan satış haqqında məlumatı olmadığını" bildirən Kirbi, Pxenyanın "Rus ordusuna böyük miqyaslı sursat təmin etdiyini deyə bilmərik, lakin, o, "Vaqner"i bəzi raket və artilleriya sursatları ilə təmin edib. Bu, aylardır belə olub",-  ifadəsini işlədib.

Con Kirbi bildirib ki, Moskva və Pxenyan qeyri-qanuni silah razılaşmasına nail olsalar, o, bunu gündəmə gətirməkdən çəkinməyəcək.

Kirbi vurğulayıb ki, Şimali Koreyanın Rusiyaya silah tədarükünün “nəticələri” olacaq və ABŞ və digər ölkələrin reaksiyası ilə üzləşəcək.

QAZİLER.AZ

 

Diaspora