Konstantinovkanın atəşə tutulması: polis ölənlərin sayını dəqiqləşdirdi

Konstantinovkanın atəşə tutulması:  polis ölənlərin sayını dəqiqləşdirdi backend

Polis dünən Konstantinovkanın atəşə tutulması nəticəsində 16 nəfərin öldüyünü bildirib. Həyatını itirənlərdən birinin şəxsiyyəti hələlik məlum deyil.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə telemarafonun efirində Donetsk vilayəti polisinin rabitə şöbəsinin rəisi Aleksandra Qavrilko deyib.

"Rəsmi məlumata görə,  16 ölü, 33 yaralı var. Əvvəlcə 17 nəfərin ölməsi ilə bağlı məlumat var idi. Meyitlərin qalıqlarına vizual baxış keçirəndə onların 16 nəfərə aid olduğunu müəyyən etdik", - deyə o bildirib.

Qavrilko qeyd edib ki,  bir nəfəri çıxmaq şərtilə qurbanların demək olar ki, hamısının şəxsiyyəti müəyyən edilib, ölənlərin yaxınları tapılıb, DNT məlumatları toplanıb.

Onun sözlərinə görə, hazırda işğalçıların istifadə etdiyi silahın növü ilə bağlı ekspertiza aparılır. Bununla belə, o, artilleriyanın istisna edildiyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 6-da günorta rusiyalı hərbçilər Donetsk vilayətinin Konstantinovka şəhərinə zərbə endiriblər. İşğalçılar mərkəzi bazarı atəşə tutublar. Zərbə zamanı orada çoxlu mülki vətəndaş olub.

Terrorçuların zərbəsi nəticəsində 16 nəfər ölüb, onlarla insan yaralanıb.

QAZİLER.AZ

Diaspora