ABŞ-ın Pensilvaniya ştatında məhkum həbsxanadan divara dırmaşaraq qaçıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, keçmiş sevgilisini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan məhkum həbsxanadan qaçdıqdan sonra səlahiyyətlilər onun təhlükəli olduğu barədə xəbərdarlıq ediblər.
Pensilvaniya ştatının Vest Çester şəhərinin səlahiyyətliləri divara dırmaşaraq həbsxanadan qaçan qətl şübhəlisinin axtarışını gücləndirib.
Əslən Braziliyadan olan Danelo Kavalkante avqustun 31-i Çester Counti həbsxanasından qaçıb.
Qaçağın həbsxanadan təxminən 3,2 km aralıda, sıx meşəlik ərazidə olduğu güman edilir.
Kavalkante keçmiş sevgilisini öldürməkdə təqsirli bilinib. O, ömürlük həbs cəzasına məhkum edilib.
Pensilvaniya ştatının polis polkovnik-leytenantı Corc Bevins qaçağın təhlükəli hesab edildiyi barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər sakinlərdən Cavalkantenin gizlənə biləcəyi boş mülklərdən uzaq durmağı və boş evləri axtarmaq üçün polislə əlaqə saxlamağı xahiş edib.
QAZİLER.AZ