Abrams tankları tezliklə Ukraynaya çatdırılacaq, yeni yardım paketinə onlar üçün sursat və avadanlıq daxildir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə sentyabrın 6-da Ağ Ev məlumat yayıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer: "Paketə həmçinin tezliklə Ukraynaya çatacaq Abrams tankları üçün döyüş sursatı da daxil olacaq", - deyib.
Ukraynaya yeni yardım paketinə Abrams tankları üçün tükənmiş uran mərmiləri də daxildir. Ağ Ev qeyd edib ki, bu cür mərmilər radioaktiv təhlükə yaratmır.
QAZİLER.AZ