Avstriyanın Zalsburq şəhərində 16 yaşlı yeniyetmə nasist təbliğatı apardığına və sosial media platformalarında irqçi yazılar yazdığına görə 6 ay həbs cəzasına məhkum edilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Salzburq Bölgə Məhkəməsi müxtəlif sosial media platformalarında nasist təbliğatı aparan, türk və qaradərili şəxslərə qarşı irqçi paylaşımlar edən 16 yaşlı avstriyalıya 6 ay həbs cəzası verib.
Məhkəmə gəncin nasist dünyagörüşünün yayılmasını qadağan edən qanunu pozduğuna və antisemitizm, irqçi və nasist ideologiyasını tərənnüm edən paylaşımlar etdiyinə diqqət çəkib.
Avstriyalı gənc uşaqlığının pis keçdiyini, psixoloji problemlərin olduğunu, hazırda nasist ideologiyası ilə heç bir əlaqəsinin olmadığını, o dövrdə yəhudilərə edilən zülmləri oxuyaraq dəyişdiyini bildirib.
Məhkəmə həmçinin cinayətkarın cəzadan əlavə psixoterapiya mərkəzinə göndərilməsinə də qərar verib.
QAZİLER.AZ