Britaniya Daxili İşlər Nazirliyi Rusiya muzdlularından ibarət “Vaqner” qrupunun sentyabrın 13-dən qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsini özündə ehtiva edən layihəni parlamentə təqdim edib.
Qaziler.az bildirir ki,İngiltərə Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamada, 13 sentyabrda qüvvəyə minməsi gözlənilən qərara uyğun olaraq, "Vaqner" üzvlərinə, filiallarına və tərəfdarlarına 14 ilə qədər həbs cəzası veriləcəyi bildirildi.
Ukrayna, Suriya, Mərkəzi Afrika Respublikası, Sudan, Liviya, Mozambik və Malidə fəaliyyət göstərən "Vaqner"ə məxsus əmlakların terror təşkilatına aid olduğu əsası ilə müsadirə edilə biləcəyi bildirilib.
"Vaqner"in Ukrayna və Afrikada qanlı əməliyyatlar həyata keçirdiyi qeyd edilib və bu əməliyyatlarda insan haqlarının pozulması hallarının olduğu vurğulanıb.
QAZİLER,AZ