Rumıniya prezidenti Klaus Yohannis Rusiya dronlarının ölkə ərazisinə düşməsinin “ciddi pozuntu” ola biləcəyini bildirib.
Bu barədə RBC-Ukrayna Sky News-a istinadən xəbər verir.
Rumıniya prezidenti qeyd edib ki, əgər Rusiya pilotsuz təyyarəsinin hissələrinin Rumıniya ərazisində olduğu təsdiqlənərsə, bu, "ciddi pozuntu" olar.
Bundan əlavə, Yohannis Dunay bölgəsində Ukrayna infrastrukturuna hücumları müharibə cinayəti adlandırıb.
“Əgər komponentlərin Rusiyaya məxsus pilotsuz uçan aparatına aid olduğu təsdiqlənərsə, belə bir vəziyyət qəbuledilməz olar və Rumıniyanın suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması olardı”, - o deyib.
QAZİLER.AZ