ABŞ yoxsul ölkələrə iqlim kompensasiyası ödəməyəcək

ABŞ yoxsul ölkələrə iqlim kompensasiyası  ödəməyəcək backend

ABŞ-ın İqlim üzrə xüsusi elçisi Con Kerri bildirib ki, ABŞ inkişaf etməkdə olan ölkələrə “iqlim dəyişikliyinə görə təzminat” ödəməyəcək.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Kerri Keniyanın paytaxtı Nayrobidə təşkil edilən Afrika İqlim Zirvəsi zamanı təşkil edilən mətbuat konfransında ölkəsinin heç bir şərtdə təzminat ödəməyi qəbul etmədiyini ifadə edib.

“The Daily Nation” qəzetinin xəbərinə görə, Kerri dünyanı ən çox çirkləndirən ölkələr siyahısında birinci yerdə olan ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə “itki və zərər” mexanizmini dəstəklədiyini, lakin bunun cəza üsulu olaraq qəbul edilməməsini bildirib.

Keçən il Misirdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında (COP27) yoxsul ölkələr iqlim dəyişikliyinin vurduğu ziyana görə “təzminat” tələb ediblər.

QAZİLER.AZ

Diaspora