Moskvada “Vnukovo Hava Limanı” metro stansiyasının təntənəli açılışı olub.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, açılış mərasimində paytaxtın meri Sergey Sobyanin çıxış edib. O qeyd edib ki, indi hava limanından “Moskva-Siti” biznes mərkəzinə 40 dəqiqəyə çatmaq olar.
“Biznes mərkəzindən Vnukovoya qədər ən uzun Solntsevskaya Vetka metro xəttlərindən birinin tikintisi başa çatıb. Bunun üçün 70 km tuneldən keçməli olduq. 14 metro stansiyası tikildi. Beləliklə, biznes mərkəzindən ölkəmizin ən böyük hava limanlarından birinə - 40 dəqiqə, - Sobyanin bildirib.
QAZİLER.AZ