İncəsənət dairələrini şoka salan hadisə İngiltərədə baş verib.
Altı il əvvəl bazarda alış-veriş edərkən dükandan dörd dollara aldığı tablonu evinə gətirən naməlum qadın gerçəyi 6 ildən sonra anlayıb.
Qadın evini təmizləyərkən bir küncə atdığı taplonun əsl dəyərini öyrənmək üçün onu sənət konservatoriyasına aparıb. Burada tabloya baxan şəxs şoka düşüb.
Konservator qadına rəsmin 250.000 dollar dəyərində olduğunu və rəssam Bewell Convers Wyeth-ə aid olduğunu bildirib.
Bonhams Skinner auksion evinin siyahısına görə, 1939-cu ildə Helen Hunt Jacksonun "Ramona" romanı üçün yaradılmış dörd əsərdən biri olan tablonun qiyməti təxminən 150.000-250.000 dollar arasında olub.
Əsər sentyabrın 19-da hərraca çıxarılacaq.
QAZİLER.AZ