ABŞ-da qəribə hadisə baş verib.
Qaziler.az “Anadolu Agentliyinə” istinadla xəbər verir ki, epidemiyalara qarşı tədbirlərin görüldüyü ölkədə bu dəfə sərnişin təyyarəsi təhlükəli vəziyyətə düşüb.
Yerli mətbuatda yer alan xəbərə görə, Atlanta-Barselona reysini həyata keçirən “Delta” Hava Yollarına məxsus 194 saylı uçuşun pilotu “bioloji təhlükə” elan edib.
Təyyarə havaya qalxdıqdan 2 saat sonra Atlanta hava limanına qayıdıb.
Hadisəyə bir sərnişinin ishal olması səbəb olduğu öyrənilib.
“Delta” Hava Yolları “İnsider” saytına verdiyi açıqlamada, təyyarədə "tibbi vəziyyətin" olduğunu və bu səbəbdən təyyarənin Atlantaya qayıtdığını təsdiqləyib.
Sözügedən uçuş təyyarə təmizləndikdən sonra 1 gün gecikmə ilə baş tutub.
QAZİLER.AZ