Müsəlman olan ispan qız dinini yaşamaq üçün Misirə köçdü – FOTO

Müsəlman olan ispan qız dinini yaşamaq üçün Misirə köçdü – FOTO backend

Qurani-Kərimi oxuyub araşdıraraq müsəlman olan ispaniyalı qız Letisiya Tirado Murqa dinini daha rahat və azad yaşamaq üçün Misirdə yaşamağı seçib.

Qaziler.az xəbər verir ki, 2017-ci ildə Misirin Feyyum şəhərinin turistik məkanı olanTunis kəndində məskunlaşan və yerli əhali tərəfindən "Mələk" adı verilən Murqa AA müxbirinə müsəlman olduqdan sonra qarşılaşdığı problemlərdən və Misirdəki həyatından danışıb.

Safariləri və səhrada düşərgə qurmağı çox sevdiyini ifadə edən Murqa, "Kiçik yaşlarımdan maşın həvəskarıyam. Təxminən 5-6 yaşımda ailəmlə avtomobil sürməyi çox sevirdim. Səhrada özümü və ruhumu tapıram”, - deyib.

Müsəlman olduqdan sonra ölkəsindəki bəzi qadağalar və cəmiyyətdəki təzyiqlərə görə Misirdə yaşamağa üstünlük verən Murqa, "Misirə gəlməmişdən 2 il əvvəl İspaniyada müsəlman oldum. İslamı Misirə gəlməzdən əvvəl seçdim, amma müsəlmanlarla yaşayanda xoşbəxt oldum. Çünki müsəlmanların arasında yaşamaq istəyirəm” deyə bildirib.

Misirə gəlməzdən əvvəl onların həyat tərzi və ərəb mədəniyyəti haqqında məlumatlı olduğunu bildirən Murqa, "Misirə ilk gələndə burada yaşamağı düşünmürdüm, ağlımda dəqiq bir şey yox idi. Açığı, insanlar (misirlilər) məni təəccübləndirdi. İnsanlar mənə qarşı çox mehribandır və sevgi doludurlar, əlhəmdulillah. Mən burada dindəki gözəlliyi və azadlığı gördüm. Xoşbəxtəm və burada yaşamaq istəyirəm", - deyə qeyd edib.

QAZİLER.AZ

Diaspora