Çin dövlət qurumlarında “iPhone” telefonlarını qadağan etdi

Çin dövlət qurumlarında “iPhone” telefonlarını  qadağan etdi backend

Pekinin xarici texnologiyadan asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq planları son vaxtlar sərtləşdirilib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, hüdudlarından kənarda həssas məlumat axınını məhdudlaşdırmaq üçün kampaniya aparan Çin hökuməti indi “iPhone”ları qadağan edib.

Belə ki, Çin dövlətqurumlarına “Apple” şirkətinin “iPhone” və digər xarici markalı cihazlarından biznes məqsədləri üçün istifadə etməyi və bu cihazları ofisə gətirməyi qadağan edib.

Çin “Apple”ın ən böyük bazarlarından biridir və şirkətin gəlirinin demək olar ki, beşdə birini təşkil edir.

Mənbələr bildiriblər ki, Pekin illərdir bəzi qurumlarda hökumət məmurlarının iş üçün “iPhone”dan istifadəsini məhdudlaşdırıb, lakin indi bu sərəncam genişləndirilib.

Çinin məhdudiyyəti ABŞ-da “Huawei” və Çinə məxsus “TikTok”dan istifadə edən məmurlara qarşı oxşar qadağaları xatırladır.

Bununla belə, hökumət qurumlara və dövlətə aid təşkilatlara xarici texnologiyaları, o cümlədən kompüterləri, əməliyyat sistemlərini və proqram təminatını yerli məhsullarla əvəz etməyə çağırıb.

QAZİLER.AZ

Diaspora