Sinqapurda yerli kruiz şirkəti pişik sahibləri üçün xüsusi turizm marşrutu açıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bundan sonra “Tall Ship Adventures” şirkətinin müştəriləri tüklü ailə üzvlərini özləri ilə dünyanın ilk "pişik" kruizinə apara biləcəklər.
Şirkətin rəsmi saytında deyildiyi kimi, söhbət 2,5 saat davam edən bir növ “blits” kruizindən gedir.
Səyahət zamanı pişiklər və sahibləri pişik oyun sahəsi, pişik salonu və pişik hamakları ilə təchiz edilmiş dəbdəbəli “Royal Albatros” gəmisinə minəcəklər. Kruizdə 130 insan sərnişin və 15 pişik sərnişin Sentosa kurort adasının yaxınlığında dəbdəbəli gün batımı şam yeməyindən həzz ala biləcəklər.
QAZİLER.AZ