Latviyada dil imtahanından keçməyən rusların sayı açıqlanıb

Latviyada dil imtahanından keçməyən rusların sayı açıqlanıb backend

Latviyada yaşayan rusların 60%-dən çoxu Baltikyanı ölkədə daimi yaşamaq icazəsinin müddətinin uzadılması üçün ilk cəhddə dövlət dili imtahanından keçə bilməyib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, sınaqlar aprel-avqust aylarında baş tutub və 13 mindən çox rusiyalı iştirak edib. Rusiya Federasiyasının 6,5 mindən çox vətəndaşı təkrar imtahan üçün qeydiyyatdan keçib.

"Aprelin 11-dən avqustun 29-dək ilk dəfə imtahan verən Rusiya vətəndaşlarının 39 faizi Latviya dili imtahanından, Rusiya vətəndaşlarının 61 faizi isə ilk cəhddə imtahandan keçə bilməyib. Ümumilikdə, bu günə qədər qeydiyyatdan keçən 13 147 Rusiya vətəndaşından 11 301 nəfəri dil imtahanından keçib”, - məlumatda qeyd edilib.

QAZİLER.AZ

Diaspora