2018-ci ildə Fransada həbsxanadan helikopterlə qaçan Redoine Faidin paytaxt Parisdə məhkəməsi başlayıb. Prokurorluq ləqəbi “qaçış kralı” olan 51 yaşlı Faidə ömürlük həbs cəzası istəyib.
Qaziler.az xəbər verir ki, bu barədə “euronews”da xəbər dərc edilib.
Xəbərdə bildirilib ki, məhkəmədən əvvəl Faid müstəntiqlərə cinayət ortaqlarının bu işə qarışmasından təəssüfləndiyini qeyd edib.
Rəsmilər çərşənbə axşamı məhkəmə zalına girişin xüsusi mühafizə altında olduğunu və mobil telefon siqnallarının bağlandığını deyiblər.
Qeyd edək ki, 2018-ci ildə Parisin cənub-şərqində yerləşən Reau həbsxanasının həyətinə vertolyot endirilib. Şahidlər bildiriblər ki, Faid çox sakit şəkildə kamerasını tərk edərək onu gözləyən hülikopterə doğru gedib və heç bir atəş açılmadan havaya qalxıb. Bütün əməliyyat 10 dəqiqə davam etsə də, polis daha sonra helikopteri tərk edilmiş vəziyyətdə tapıb.
Faid 3 ay sonra dostunun evində gizlənərkən yenidən yaxalanıb.
Bundan əvvəl 2013-cü ildə mühafizəçiləri girov götürərək həbsxananın qapısını partlatmaqla həbsdən qaçan Faidi təkrar cinayət törətdiyi üçün ömürlük həbs cəzası gözləyir.
Keçmişdə zirehli avtomobil oğurluğu və girov götürmə cinayət əməlləri olan Faid qaçış zamanı bir polis qadının öldürdüyünə görə 25 il həbs cəzası çəkirdi.
QAZİLER.AZ