Əvvəllər dəfələrlə nəqliyyatı iflic edən sürücüsüz taksilər yenidən ABŞ-ın gündəminə gəlib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə ABŞ-ın San-Fransisko şəhərində baş verib.
Belə ki, iki sürücüsüz taksi durumu ağır olan xəstəni aparan ambulansın yolunu bağlayıb. Xəstəxanaya vaxtında çatdırılmayan şəxs isə qısa müddət ərzində dünyasını dəyişib.
“General Motors”un avtonom avtomobil törəməsi olan “Cruise” günahkar olmadığını söyləyib. Şirkət bildirib ki, onun maşınlarından biri xəstə təcili yardım maşınına qoyulmadan hadisə yerini tərk edib, digəri isə təcili yardım gedənə qədər sağ zolaqda dayanıb.
QAZİLER.AZ