Uşaq dünyaya gətirən qadının qarnında unudulan alət 18 ay sonra tapıldı

Uşaq dünyaya gətirən qadının qarnında unudulan alət 18 ay sonra tapıldı backend

Yeni Zelandiyada keysəriyyə yolu ilə doğuş edən qadının qarnında qalan plastik retraktor 18 ay sonra aşkar edilib.

"New Zealand Herald" qəzetinin xəbərinə görə, orqanlara asan girişi təmin edən cərrahi alət olan "retraktor" Oklend xəstəxanasında əməliyyat olunan qadının qarın nahiyəsində unudulub.

İl yarımdır şiddətli ağrılardan əziyyət çəkən qadının qarnında tomoqrafiya aparıldıqdan sonra əməliyyat zamanı unudulmuş retraktor aşkarlanıb.

Yeni Zelandiya Səhiyyə Nazirliyinin rəsmisi Morag McDowell hadisə ilə bağlı verdiyi açıqlamada Oklend Xəstəxanasında son iki ildə ikinci dəfə bir xəstədə cərrahi alətin unudulduğunu qeyd edib.

Hadisə ilə bağlı qadından üzr istəyən səhiyyə işçiləri xəstəxanaya bu kimi halların qarşısını almaq üçün lazımi tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edildiyini, prosedurlardan sonra səhiyyə işçilərinin “avadanlıqlarını sayması” qaydasının məcburi olacağını bildirib.

QAZİLER.AZ

Diaspora