Prezident Ərdoğan və Miçotakis sentyabrın 18-də görüşəcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis prezident Ərdoğan və Yunanıstanın baş naziri Mitsotakisin sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının zirvə toplantısı çərçivəsində Nyu-Yorkda görüşəcəyini açıqlayıb.
Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis bunu xarici işlər naziri Hakan Fidan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Yaxın vaxtlarda etimad tədbirlərinə dair müzakirələrə başlanılacaq. Türkiyə ilə Yunanıstan arasında müsbət gündəmin davam etdirilməsi mövzusunda razılaşdıq", - deyə o, qeyd edib.
Nazir Yerapetritis bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində Yunanıstanın Baş naziri Nikos Mitsotakis ilə görüşəcək.
QAZİLER.AZ