Müharibə zamanı Ukraynada niyə seçkilər keçirilə bilməz - Kuleba izah etdi

Müharibə zamanı Ukraynada niyə seçkilər keçirilə bilməz - Kuleba  izah etdi backend

Müharibə zamanı Ukraynada seçki keçirmək mümkün deyil, çünki indi milyonlarla vətəndaş xaricdədir və onlara səs vermək imkanı yaratmaq lazımdır.

Bu barədə “RBC-Ukrayna” Ukrayna Xarici İşlər Nazirinin Fransanın “France 5” telekanalına müsahibəsində verdiyi açıqlamaya istinadən məlumat yayıb.

"Problem prezident Zelenskinin növbəti seçkilərdə qalib olub-olmaması deyil. Sual başqadır. Qanunvericiliyimizə görə, müharibə şəraitində seçkilər keçirilə bilməz", - Kuleba bildirib.

O xatırladıb ki, hazırda milyonlarla ukraynalı xaricdədir və onlara səsvermə hüququ vermək lazımdır.

QAZİLER.AZ

Diaspora