Hindistanın adını Bharat olaraq dəyişdirəcəyi iddia edilir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ölkənin adının dəyişdirilməsi ilə bağlı qərarı hökumət parlamentin sentyabrın 18-22-nə təyin edilmiş növbədənkənar iclasında qaldıra bilər.
Hindistan Konstitusiyası hazırda ölkəyə “Hindistan, yəni, Bharat...” kimi istinad edir, lakin onun sadəcə “Bharat” olaraq dəyişdirilməsinə çağırışlar artır.
Konstitusiyaya dəyişiklik edilməsi və Hindistanın adının Bharat olaraq dəyişdirilməsi tələbi güclənib və mənbələr hökumətin Hindistanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edə biləcəyini söyləyir.
G20 dövlət başçılarına və nazirlərə şam yeməyinə dəvətdə “...Bharat prezidentindən” ifadəsi də yer alıb.
QAZİLER.AZ