Cənubi Koreyanın hakim Xalqın Gücü Partiyasının (PPP) deputatı Yoo Sanq-Bum Rusiyanın Çin və Şimali Koreya ilə üçtərəfli dəniz təlimləri keçirməyi təklif etdiyini iddia edib.
Qaziler.az bildirir ki, Yonhap-ın xəbərinə görə, Yoo bildirib ki, Cənubi Koreya Milli Kəşfiyyat İdarəsinin (NİS) direktoru Kim Kyou-hyun parlamentdə qapalı iclasda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya birgə təlim təklif edib.
Yoo iddia edib ki, Şoyqunun Şimali Koreya lideri Kim Yonq-unla ikitərəfli görüşü zamanı Çin və Şimali Koreya ilə üçtərəfli dəniz təlimi keçirmək planı gündəmə gəlib.
Son zamanlar Şimali Koreyanın hərbi təxribatlarının artdığını deyən Yoo, təlim planının Cənubi Koreya və ABŞ-ın təşkil etdiyi “Ulchi Freedom Shield (UFS)” birgə hərbi təliminə cavab olaraq hazırlandığını müdafiə edib.
Matseqora Şimali Koreyanın Rusiya və Çini birgə hərbi təlimlərə qatmasının məqsədəuyğun olacağını qeyd edərək, bunun onun şəxsi fikri olduğunu bildirib.
Qeyd edək ki, Şoyqu iyulun 25-27-də Şimali Koreyaya səfər etmişdi.
QAZİLER.AZ