Meksikada baş verən qarşıdurmada 4 nəfər öldürüldü

Meksikada baş verən qarşıdurmada 4 nəfər öldürüldü backend

Meksikanın ABŞ sərhədi yaxınlığındakı Matamoros şəhərində baş verən qarşıdurmada silahlı olduğu iddia edilən 4 nəfər dəniz piyadaları tərəfindən öldürülüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Tamaulipas Rabitə İdarəsi açıqlamasında bildirib ki, dəniz piyadalarının adam oğurluğu hadisəsini araşdırmaq üçün əməliyyatı zamanı qarşıdurma baş verib.

Açıqlamada qarşıdurmada silahlı olduğu iddia edilən 4 nəfərin öldürüldüyü, səlahiyyətlilərin silah və radioları ələ keçirdiyi bildirilib.

Meksika Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada 4 donanma personalının qarşıdurmada iştirak etdiyi təsdiqlənsə də, hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

ABŞ-ın Matamorosdakı Konsulluğu tərəfindən edilən açıqlamada, işçilərdən "şəhərdə baş verən silahlı zorakılıq səbəbilə" yerli vaxtla 13.30-a qədər sığınacaqlarda qalmaları istənilib.

Tamaulipas və Matamoros ştatlarında kartellərlə yanaşı, mütəşəkkil cinayətkar qrupların da fəaliyyət göstərdiyi bildirilir.

QAZİLER.AZ

Diaspora