Milli Müdafiə Nazirliyi (MSB) Barış bulağı bölgəsində 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazirlikdən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirdiyi və terrorçuların qaçılmaz sonunun göz qabağında olduğu bildirilib.
Açıqlamada Suriyanın şimalındakı "Barış pınarı" bölgəsində hücuma hazırlaşan daha 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.
QAZİLER.AZ