“Rusiya Ukrayna taxılını bazara çıxaran və bununla da qlobal ərzaq böhranını yüngülləşdirən “Taxıl sazişi”nin bərpasına hazırdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bunun üçün Rusiyanın qida məhsullarına sanksiyaların aradan qaldırılması kifayətdir:
“Rusiya taxıl müqaviləsini bərpa etməyə hazırdır və bütün razılaşmalar yerinə yetirilən kimi bunu edəcək”, - deyə o bildirib.
O, həmçinin Rusiyanın emal üçün Türkiyəyə bir milyon ton taxıl göndərəcəyini bildirib.
“Biz Rusiyadan 1 milyon ton taxılın emal üçün güzəştli qiymətlə Türkiyəyə tədarükünü, daha sonra isə yoxsul ölkələrə pulsuz daşınmasını təşkil etmək niyyətindəyik”, - deyə Putin bildirib.
O, vurğulayıb ki, bir neçə həftə ərzində Rusiya Afrikanın altı ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. (oxu.az)
Mənbə: İnterfaks