Burkina Faso, Mali və Niger yalnız Fransa sayəsində mövcuddur - Makron

 Burkina Faso, Mali və Niger yalnız Fransa sayəsində mövcuddur - Makron backend

"Burkina Faso, Mali və Niger yalnız Fransa sayəsində mövcuddur və biz onları təslim etməyəcəyik".

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron.deyib.

Xəbər verdiyimiz kimi, uzun illər Fransanın müstəmləkəsi altında olan Burkina Faso, Mali və Niger bu vəziyyətə son qoymaq üçün addımlar atmağa başlayıb.

Xüsusilə Niger səsini ucaldan ölkə idi. İyulun 26-da prezident Məhəmməd Bazumun istefaya göndərilməsi ilə nəticələnən çevrilişdən sonra xalq Fransanın tamamilə geri çəkilməsini tələb edib.

Nigerdə ​​idarəçiliyi ələ keçirən xunta Fransaya hərbi varlıqlarını ölkədən çıxarmaq üçün də vaxt verib.

Təxminən 1500 əsgərlə bölgədə olan Fransa prezidenti Makron isə "Çevrilişi tanımırıq" deyib.

Niger Makronun onun işlərinə qarışdığını desə də, Fransa prezidenti Makron açıqlamasında: “Burkina Faso, Mali və Niger yalnız Fransa sayəsində var və biz onları təslim etməyəcəyik” deyib. 

Bu bəyanat Fransanın Afrikadan çəkilməyəcəyini göstərir. Bundan əlavə, Fransa Baş Qərargahı Fransanın hərbi aktivlərinə və diplomatik nümayəndəliklərinə zərər vuracaq “hər hansı yeni gərginliyə cavab verməyə hazır olduqlarını” bəyan edib.

QAZİLER.AZ

Diaspora