Soçi görüşündə rus tərcüməçi Ərdoğanın fikirlərini səhv tərcümə etdi - VİDEO

Soçi görüşündə rus tərcüməçi Ərdoğanın fikirlərini səhv tərcümə etdi - VİDEO backend

Rus tərcüməçi Ərdoğanın sözlərini təhrif edərək, Rusiya televiziyasının canlı efirində Rusiya Federasiyası ilə Türkiyə arasında “müharibə getdiyinə” işarə edib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, söhbət Rusiya lideri Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında bu gün Soçidə baş tutan görüşün yayımından gedir.

“Rusiya ilə Türkiyə arasında müharibə gedir”, - Ərdoğanın danışığı "RosTV"yə səhv tərcümə edilib.

Tərcüməçi tez səhvini düzəldərək, “Ukrayna ilə Rusiya arasında” desə də, artıq sözügedən epizod sosial şəbəkələrdə yayılıb.

QAZİLER.AZ

Diaspora