Avropada canavar sürüləri artıb - Çağırış edildi

Avropada canavar sürüləri artıb - Çağırış edildi backend

Avropa İttifaqı Avropada getdikcə artan canavar sürülərinin kəndlilərə və insanlara zərər verə biləcəyini əsas gətirərək yerli və milli hökumətləri hərəkətə keçməyə çağırıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə açıqlama AB Komissiyasından verilib. Bildirilib ki, canavar sürülərinin sayında artım müşahidə edilir.

Açıqlamada təsərrüfatlarda canavarların mal-qaraya hücumuna qarşı tədbir görülmədiyi xatırladılıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen: "Avropanın bəzi ərazilərində canavar sürüsündəki sıxlıq heyvandarlıq və insanlar üçün real təhlükəyə çevrilməyə başlayıb. Mən yerli və milli hakimiyyət orqanlarını zəruri hallarda tədbir görməyə çağırıram. Mövcud Aİ qanunları hərəkətə keçməyə imkan verir", ifadələrini işlədib.

QAZİLER.AZ

Diaspora