Avropada yaşayan gənclərlə bağlı statistika təəccübləndirdi

Avropada yaşayan gənclərlə bağlı statistika  təəccübləndirdi backend

Avropa Statistika İdarəsi Avropa İttifaqı ölkələrində ailələrini tərk edən gənclərin orta yaş həddi ilə bağlı 2022-ci ilin məlumatlarını açıqlayıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, məlumatda avropalı gənclər orta hesabla 26,4 yaşında ailələrindən ayrı yaşamağa başlayırlar.

Avropada kişilər orta hesabla 27,3, qadınlar isə 25,4 yaşında ailələrindən ayrı yaşamağa başlayıblar. Beləliklə, kişilər ailələri ilə daha çox yaşayırlar.

Finlandiya Avropa İttifaqı ölkələri arasında gənclərin ən erkən yaşda evi tərk etdiyi ölkədir. Finlandiyada gənclər orta hesabla 21,3 yaşında artıq başqa evdə yaşayırlar.

Finlandiyanı 21,4 yaşında İsveç, 21,7 yaşında Danimarka və 22,7 yaşında Estoniya davam etdirib.  Hollandiyada isə 23, Fransada 23,4 və Almaniyada 23,8 yaşında gənclər öz evlərini qurur.

Xorvatiyada yaşayanlar ən yuxarı yaşda özlərinə məxsus evlərinə çıxaraq, sərbəst yaşaya bilirlər. Bu yaş həddi Xorvatiyada 33,4, Slovakiyada 30,8, Yunanıstanda 30,7, Bolqarıstan və İspaniyada 30,3, Maltada 30,1, İtaliyada 30 olub.

QAZİLER.AZ

Diaspora