Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Avropada ən çox satılan modeli açıqlanıb.
Qaziler.az xəbər verir ki, JATO və “Dataforce” şirkətlərinin topladığı məlumatlara görə, “Volkswagen” T-Roc 2023-cü ilin birinci yarısında Avropada satılan bütün Volkswagen modelləri arasında satış həcminə görə birinci yerdədir.
Kompakt krossover T-Roc bu il bir zamanlar dominant olan “Golf”u geridə qoyub.
Deutsche Presse-Agentur (DPA) tərəfindən bildirilib ki, mühərrik üçün hissələrin çatışmazlığı səbəbindən “Volkswagen” T-Roc-un istehsalını müvəqqəti dayandırıb.
T-Roc üçün mühərrik hissələri istehsal edən təchizatçının Sloveniyadakı daşqından təsirləndiyi güman edilir.
Keçən il 231.100 ədəd T-Roc istehsal edən Volkswagen ikinci nəsil modelini də sınaqdan keçirməyə başlayıb.
Volfsburqda yerləşən avtomobil istehsalçısı yeni T-Roc-un keçən həftə təqdim edilən “Passat” ilə birlikdə şirkətin sonuncu benzinlə işləyən yeni avtomobillərindən biri olacağını açıqlanıb.
QAZİLER.AZ