İlon Mask “iPhone” telefonları üçün peyk buraxacaq

İlon Mask “iPhone” telefonları üçün peyk buraxacaq backend

“Apple”ın uzun müddət bağlı qapılar arxasında inkişaf etdirdiyi peyk vasitəsilə rabitə texnologiyası “iPhone” 14 modellərində ortaya çıxdı.

Peyk əlaqəsi telefonların tutmadığı yerlərdə Yerin orbitində olan rabitə peyklərindən istifadə edərək mobil əlaqə olmadan fasiləsiz əlaqə yaratmağa imkan verir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “iPhone 14” modellərində istifadə edilən peyk funksiyası ABŞ-da yerləşən peyk rabitəsi şirkəti “Globalstar” tərəfindən dəstəklənir.

“Apple” bu xüsusiyyət üçün qlobal peyk şirkətlərinə 450 milyon dollar xərcləyəcək.

“iPhone 14” seriyasında təklif olunan təcili peyk bağlantısı üçün “Globalstar” ilə razılaşan Apple indi İlon Maskın “SpaceX” şirkəti ilə müqavilə imzalayıb.

“Globalstar” 2025-ci ildə kosmosa peyklər göndərmək üçün “SpaceX”ə 64 milyon dollar ödəyəcək.

Xidmət Fransa, Belçika, Kanada, Avstriya, Almaniya, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və ABŞ-da mövcuddur.

QAZİLER.AZ

Diaspora