Almaniya kansleri Olaf Şolts şənbə günü bədbəxt hadisə ilə üzləşib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, kansler qaçarkən yıxılıb və üzü zədələnib.
Yıxılan Şolts üzü yaralı olan fotosunu sosial media hesabında paylaşıb.
Fotoda onun sağ gözünün üzərində gözü bağalayan sarğının və üzündə çapıqların olduğu müşahidə edilib.
Paylaşdığı şəklinin altında kansler, "Şərhləri görmək üçün səbirsizlənirəm. Xoş arzularınız üçün təşəkkürlər, lakin olduğundan daha pis görünür" ifadələrini yazıb.
Hökumət sözçüsü Steffen Hebestreit Berlində verdiyi açıqlamada Şoltsun səhhətinin yaxşı olduğunu və normal iş qrafikinə davam edəcəyini bildirib.
QAZİLER.AZ