Cənubi Kipr lideri etiraf etdi: “Turistləri qoruya bilmirik”

Cənubi Kipr lideri etiraf etdi: “Turistləri qoruya bilmirik” backend

Cənubi Kipr şəhəri Limassolda mühacir əleyhinə etiraz aksiyası keçirilib. Nümayişçi qrupun xarici vətəndaşlara qarşı irqçi hücumu nəticəsində 5 nəfər yaralanıb. 7 şübhəli isə saxlanılıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Cənubi Kiprin lideri Nikos Xristodoulides hadisədən sonra etiraf məzmunlu açıqlamalar verib.

Görüşdən əvvəl baş verənlərlə bağlı açıqlama verən Xristodoulides xarici vətəndaşlara edilən hücumdan utandığını bildirib.

Hadisənin qeyri-qanuni miqrasiya ilə bağlı olmadığını qeyd edən ölkə başçısı, "Vətəndaşlarımızı qoruya bilmirik, gələn turistləri də qoruya bilmirik", - ifadəsini işlədib.

Digər tərəfdən ölkə səlahiyyətliləri Limassolda xarici vətəndaşlara qarşı hücumlarda polisin gücsüz olduğunu qəbul edib.

QAZİLER.AZ

Diaspora