Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez olacaq. Bunu Trend-ə Fransanın Azərbaycandakı indiki səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, A.Buşez Avropa İttifaqının Qazaxıstanda xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
Qeyd edək ki, vəzifə səlahiyyətləri yaxın vaxtlarda başa çatan P.Mönye 2012-ci ilin iyulunda Fransanın Bakıdakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.