Kaliforniya iqtisadiyyatı Hollivudda tətilə görə 5 milyard dollar itirib

Kaliforniya iqtisadiyyatı Hollivudda tətilə görə 5 milyard dollar itirib backend

Hollivud ssenaristlərinin dörd aylıq tətili Kaliforniya iqtisadiyyatına 5 milyard dollara başa gəlib.

QAZİLER.AZ  APA-ya istinadən  xəbər verir ki, bu barədə Financial Times məlumat verib.

Qeyd olunur ki, bu rəqəm hələ də arta bilər, çünki etirazçılar kinostudiyaların onlara təklif etdiyi şərtlərlə işləmək istəmirlər.

Məqalədə bildirildiyi kimi, 2007-2008-ci illərdə ssenaristlərin əvvəlki tətili daha az ziyan vurub. O zaman Kaliforniya 2,1 milyard dollar itirib.

Xatırladaq ki, etiraz aksiyası 2023-cü il iyulun 14-də başlayıb. 160-dan çox kino sənayesi işçisi tətilə qoşulub. Tələblər arasında: maaşların artırılması, sosial təminatlar və kino sənayesi nümayəndələrinin hüquqlarının müdafiəsi var.

 

 

 

Diaspora