İranın İraq sərhədinə yaxın şəhərlərindən olan Qəsri-Şirində bir dəstə iraqlı ilə iranlı arasında kütləvi dava baş verib. Bu barədə Trend İranın YJC xəbər saytına istinadən məlumat verir.
Kütləvi dava ötən axşam baş versə də, xəbər bu gün yayılıb.Məlumata əsasən, kütləvi dava pul üstündə baş verib. Polisin müdaxiləsindən sonra tərəflər sakitləşdirilib. 19 nəfər saxlanılıb ki, onlardan 7-si haqqında həbs qətimkan tədbiri seçilib. Qalanları isə girov qismində pul vəsaiti qoyaraq sərbəst buraxılıblar.
Həbs olunanlar arasında İraq vətəndaşları da var.