Minsk qrupu Ermənistanı Azərbaycanın nizamlanma üzrə təklifini qəbul etməyə çağırdı

Minsk qrupu Ermənistanı Azərbaycanın nizamlanma üzrə təklifini qəbul etməyə çağırdı backend

ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca atəşkəs rejiminin pozulması barədə iddiaların yoxlanılması üçün ATƏT-in araşdırma mexanizminin tətbiqi məsələsini tam dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Ermənistan mətbuatına ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib: "Biz Ermənistanı Azərbaycanın Minsk qrupunun himayəsi altında danışıqlara çağırışına diqqət yetirməyə dəvət edirik ki, bu da sülh yolu ilə uzunmüddətli nizamlanmanın əldə edilməsinə xidmət edə bilər".
Diaspora