ABŞ və Çin arasındakı gərginliyə görə "Apple" məhsulları kəskin bahalaşa bilər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Müəlliflər qeyd ediblər ki, Vaşinqton Çinin texniki inkişafını məhdudlaşdırmağa çalışır.
"ABŞ-Çin münasibətləri pisləşdikcə, yeni istehsal sahələri "Apple" cihazlarının istehsal üsulunu dəyişir. Bu, "Apple"in geniş istehlakçı bazası üçün qiymətləri yüksəltmək təhlükəsi yaradan qlobal təchizat zəncirində parçalanmadır", - məlumatda deyilir.
Məqalə müəllifləri bunun Amerika istehsalının qismən Çindən digər Asiya ölkələrinə ixracı ilə bağlı olduğunu vurğulayıblar.
Qeyd olunur ki, ABŞ və Çin arasında mürəkkəb münasibətlər olduğundan "Apple" məhsulları üçün hissələr başqa ölkələrdən göndərilir, daha sonra bir neçə yerdə yığılaraq bütün dünya üzrə müştərilərə çatdırılır. İstehsalçılar, təchizatçılar və brendlər “daha az qurulmuş regionlarda” problem yaşayırlar.
Agentliyin məlumatına görə, premium modellərin istehsalı bahalaşa bilər.