ABŞ-ın “Néos GeoSolutions” şirkəti Kipr Respublikasında neft və təbii qaz yataqlarının aşkar edilməsi üçün axtarışlara başlayacaq.
AZƏRTAC xəbər verir ki, şirkət 12 dəniz milinə qədər olan bölgə ilə torpağın alt təbəqəsinin üçölçülü xəritələnməsi üçün qurudan və havadan seysmoqrafik, elektromaqnit və radiometrik araşdırmalar aparacaq.Şirkətin mütəxəssislərinə görə, bölgədə neft və təbii qaz yataqlarının aşkar edilməsi üçün böyük ehtimallar var.