Avropadan fərqli olaraq yağışlı və sərin bir yay keçməsinə baxmayaraq, Böyük Britaniya iyun ayındaki istilər səbəbindən tarixində orta hesabla 8-ci ən isti yay mövsümünü yaşayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu haqda Böyük Britaniya Meteorologiya Bürosunun (Met Office) açıqlama yayıb.
Bildirilib ki, isti iyul və avqust aylarına baxmayaraq, iyun ayında müşahidə edilən yüksək temperatur səbəbiylə yay ortalaması 15,4 dərəcə olaraq ölçülüb.
İlin ən isti gününün 32,2 dərəcə ilə 10 iyun olduğu açıqlanıb.
2023-cü ilin yay orta temperaturunun normal şəraitdə gözləniləndən 0,8 dərəcə yüksək olduğu qeyd edilib.