"X" sosial şəbəkəsi (keçmiş tvitter) məxfilik siyasətini yeniləyib və İstifadəçilərin biometrik və məşğulluq tarixi məlumatlarını onların razılığı ilə toplamağa başlayacaq.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qaydalar şirkətin saytında dərc olunub.
Bildirilir ki, sosial şəbəkə istifadəçilərinin razılığı ilə şirkət onların təhlükəsizliyini və identifikasiyasını təmin etmək üçün biometrik məlumatları toplayıb istifadə edə biləcək.
"Biometrik məlumatları həm dövlət şəxsiyyət vəsiqəsindən, həm də selfilərdən çıxarıb sonra uyğunlaşdıra bilərik. Bu, bizə sosial şəbəkə hesabını real şəxslə əlaqələndirmək üçün əlavə imkan (istəyənlər üçün) verəcək”, - deyə şirkətin saytında bildirilir.