Rusiyada Nobel mükafatı almış jurnalist xarici agent elan olunub

Rusiyada Nobel mükafatı almış jurnalist xarici agent elan olunub backend

Rusiya Ədliyyə Nazirliyi Nobel mükafatı laureatı, jurnalist Dmitri Muratovu xarici agentlərin reyestrinə daxil edib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov xarici agent elan edilib.

Bundan əlavə Ədliyyə Nazirliyi komediya aktyoru Ruslan Belıyı, 5-ci və 6-cı çağırış Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Maksim Rezniki, siyasətçi Mayrbek Vaçaqayevi, “Exo Moskvı” radiostansiyasının keçmiş teleaparıcısı Oksana Barşeva (Kseniya Larina), sovet yazıçısı Oleq Radzinskini, iqtisadçı Konstantin Sonini və "Dojd TV" kanalının əməkdaşı (Rusiya Federasiyasında xarici media agenti kimi tanınır) Denis Kataevi xarici agentlərin siyahısına daxil edib.

 

 

Diaspora