Kadırov anasına qarşı sanksiyaları ləğv etməyə çağırdı

Kadırov anasına qarşı sanksiyaları ləğv etməyə çağırdı backend

Aymani Kadırovanın adı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar siyahısına salınıb

Qaziler.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında deyib.

“Mən artıq ABŞ və Qərbin məntiqsiz sanksiya qərarlarına təəccüblənməyi dayandırmışdım. İndi sevimli anam siyahıdadır. Onun təkbaşına xeyriyyəçilik fəaliyyəti ilə məşğul olması bütün dünyaya məlumdur. Buna görə də Amerikanın bu qərarı yalnız bütün etik normalara qəsdən hörmətsizlik kimi qiymətləndirilə bilər”, - Kadırov bildirib.

O hesab edir ki, ABŞ münaqişələrə “uydurma səbəblə” başlayır.

QAZİLER.AZ

Diaspora